RU

Zahid Oruc: Sülh müqaviləsindən sonra daha böyük düşmənlərimizi görəcəyik

"Gəlin bir əsr geriyə baxaq. 1919-1920-ci illərdə ABŞ prezidenti Vudro Vilson arbitraj qərarları ilə Ermənistanın ərazilərini genişləndirmək istəyirdi. Regionun xəritəsi və taleyi kənarda müəyyənləşirdi. İndi isə qələbəmizin legitimliyi və suverenliyini məhz həmin Vaşinqtonda qəbul olunub". 

Ölkə.az xəbər verir ki, bunu deputat Zahid Oruc deyib.

Deputat əlavə edib ki, qalib xalq strateji baxışla hərəkət etməlidir: "Ermənistanla başlayan ticarət əlaqələrinə yalnız iqtisadi stimul kimi deyil, İrəvanı xarici asılılıqdan qurtaran siyasət kimi baxmalıyıq. Əgər region gerçək inteqrasiyaya nail olsa, kommunikasiyalar açılsa, o zaman xarici himayədarlara ehtiyac azalacaq. 

Prezident İlham Əliyev dəfələrlə sual edib: axı Cənubi Qafqaz niyə inkişafdan geri qalıb? Çünki daimi savaş meydanı olub".

Onun sözlərinə görə, Prezident İlham Əliyevin Xocalıdan verilən mesajın mənası odur ki, biz artıq qurban deyilik, soyumuz yaşayır və biz təkcə öz taleyimizi yox, regionu və erməniləri də dəyişdiririk:

"Bəli, Qələbəmiz təkcə torpaqlarımızı yox, həm də Ermənistanı keçmiş imperiyalardan xilas edir. 

Ona görə də xalqlarımızı barışa hazırlamalıyıq. Doğrudur, yaralarımız təzədir, düşmənçilik dərinə işləyib, lakin Ermənistanla sülh müqaviləsini bağlayandan sonra daha böyük düşmənlərimizi görəcəyik. 

Gəlin, uvertura kimi sözlərə əməl edib ayırıcı divarlar və səngərlər yox, sülh və əməkdaşlıq körpüləri tikək!"

Mürtəza

Избранный
5
2
olke.az

5Источники