RU

Xocavənd sakini: Doğma yurda qayıtmaqdan böyük xoşbəxtlik ola bilməz

"Uzun illər müxtəlif yerlərdə ağır şəraitdə yaşamışıq. Bu gün isə tərk etməyə məcbur olduğumuz doğma Xocavənd kəndinə qayıtmışıq. Bundan böyük xoşbəxtlik ola bilməz".

Bu sözləri APA-nın Qarabağ bürosuna Xocavənd rayonunun Xocavənd kənd sakini Ziba Abbasova deyib. O, Prezident İlham Əliyevlə kənddə görüşləri barədə də danışıb:

"Çox səmimi görüş oldu. Biz həmişə inanırdıq ki, Prezidentimiz bu günləri bizə yaşadacaq. Onun kəndə səfəri, sakinlərlə görüşü sevincimizə sevinc qatdı. Allahdan Prezidentimizə, birinci xanım Mehriban Əliyevaya və onun ailə üzvlərinə uzun ömür, möhkəm can sağlığı arzulayıram".

Избранный
11
apa.az

1Источники