RU

Hakan Fidan və Məhəmməd İshaq Dar Pakistan-Əfqanıstan gərginliyini müzakirə ediblər

Türkiyənin xarici işlər naziri Hakan Fidan və Pakistanın XİN rəhbəri, baş nazirin müavini Məhəmməd İshaq Dar Pakistan ilə Əfqanıstan arasındakı gərginliyi müzakirə ediblər.

"Report" xəbər verir ki, bu barədə Pakistanın xarici siyasət idarəsinin məlumatında bildirilib.

Telefon danışığı zamanı Məhəmməd İshaq Dar vurğulayıb ki, Pakistan Əfqanıstana adekvat cavab verib, Pakistan Silahlı Qüvvələri isə öz suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün "Qəzəb-lil-həqq" əməliyyatı çərçivəsində hava əməliyyatlarını uğurla həyata keçirib.

Tərəflər regionda sülh və sabitliyin vacibliyini qeyd edib və hadisələrin inkişafı barədə məsləhətləşmələrin davam etdirilməsi barədə razılığa gəliblər.

Избранный
15
far.az

1Источники