Aktrisa Sonaxanım Əliyeva "Öz Aramızda" verilişində şəxsi həyatına dair səmimi açıqlamalar verib.
Milli.Az xəbər verir ki, sənətçi ailə həyatı və keçmiş sevgisi ilə bağlı fikirlərini bölüşərək diqqət çəkib.
Əliyeva etiraf edib ki, keçmişdə etdiyi seçim onun üçün böyük səhv olub:
"Böyük səhvim odur ki, ağlımı itirmiş kimi sevib evləndim. Hər ikimiz seçirdik, amma görünür mənim sevgim daha güclü idi. Qadın bir az xoşu gəlirsə, yetər. Kişi isə sevməlidir ki, həyat yoldaşına sahib çıxsın. Mən o vaxt qarışıq hisslər yaşayırdım, həm də onun anasını erkən itirdiyi üçün yazığım gəlirdi və ona ana qayğısı göstərirdim", - deyə aktrisa bildirib.
O, qızının 5 yaşına qədər həyat yoldaşı ilə yaşadığını, ancaq bundan sonra uşağın atasını görmədiyini əlavə edib:
"Eybi yox, qızım mənim balamdır, mən ona baxaram. Qızımı atası ilə ayırmamışam, hər kəsə deyirəm ki, övlad böyüdükcə özü anlayacaq kimin haqlı, kimin səhv olduğunu".
Sənətçinin səmimi açıqlamaları sosial şəbəkələrdə də geniş müzakirə olunub və izləyicilər tərəfindən maraqla qarşılanıb.
Musa
Milli.Az