RU

Britaniya və Fransa Ukraynaya paraşütçülər göndərir - KİV

Böyük Britaniya və Fransa paraşütçüləri Ukraynada mümkün sülhməramlı missiya üçün son hazırlıqları başa çatdırıblar. Əgər Kiyev Rusiya ilə sülh müqaviləsi imzalayarsa, onlar Ukraynaya göndərilə bilər.

Missiya.Az xəbər verir ki, bu barədə "The Telegraph" qəzeti məlumat yayıb.

Bildirilib ki, Britaniyada keçirilən təlim 24 fevralda başlayıb və 3 martda başa çatacaq.

Məlumata görə, təlim zamanı Britaniyanın 16-cı Hava-Desant Briqadasının 600-dən çox əsgəri Fransanın 11-ci Paraşüt Briqadasından olan yoldaşları ilə birlikdə simulyasiya edilmiş basqın həyata keçirib.

Ukraynada yerləşdirilə biləcək bölmələrin tərkibi hələ açıqlanmayıb. Bununla belə, nəşr qeyd edib ki, 16-cı Hava-Desant Briqadasının hərbi qulluqçuları Britaniyanın yüksək hazırlıqlı qüvvələri arasındadır və ən qısa müddətdə NATO qüvvələrinin tərkibində yerləşdirilə bilirlər.

Daşqın HəsənovMissiya.Az

Избранный
17
missiya.az

1Источники