RU

Ət yüksək risk qrupuna aid olan qidalar sırasındadır Mütəxəssis

525.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Ət məhsullarının mütləq müvafiq baytarlıq nəzarətindən keçməsinə dair sənədlərinin olması vacibdir. Bu sertifikatlar qəssabxanalarda, ət kəsimi məntəqələrində, marketlərdə, o cümlədən restoranlarda müştəriyə təqdim olunmalıdır. Təbii ki, burada ətin saxlanılma şəraiti də ən önəmli məqamlardan biridir”.

Bunu Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova 525.az-a bildirib. O vurğulayıb ki, keyfiyyətli ət doğru şəkildə saxlanılmayacaqsa, bu zaman da onun keyfiyyəti sual altına düşür, çünki tərkibindəki mikroorqanizmlər, bakteriyalar sürətlə çoxalır. Temperatur rejiminə əməl olunmadıqda da ətin keyfiyyəti aşağı düşür, ət xarab olur. Mütləq müvafiq sənədlərdə heyvanın növü, çəkisi, yaşı, kəsim tarixi mümkünsə, kəsim müəssisəsi qeyd olunmalıdır:

"Sahibkar özünə güvənən, etibarlıdırsa, çox rahatlıqla ondan ət alındıqda, yaxud restorandan sifariş verəndə istehlakçıya çəkinmədən sənədi göstərə bilməlidir. Müəyyən sənədlər olmasa da, ətin təzə olub-olmadığını görünüşünə, qoxusuna, eyni zamanda yeməkdə təqdimatına görə bilmək olar".

Mütəxəssisin sözlərinə görə, ət saxlanılarkən otaq temperaturunda qalmamalı, donu açıldıqdan sonra təkrar dondurulmasına yol verməməlidir. Təkistifadəlik olmalıdır. Bu da ən önəmli məqamladan biridir. Hər hansı şübhəli məqam varsa, qidalar sanitar, gigiyena qaydalarına əməl olunmadan hazırlanırsa, yaxud ət normal qiymətindən daha ucuz təqdim olunursa, belə yerlərdə risk faktorları daha çoxdur.

Sevinc Qarayeva 

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
41
525.az

1Источники