RU

Sərdar Çam: Türk dünyasının gələcəyi üçün koordinasiyalı fəaliyyət vacibdir

Türk dünyasının gələcəyi üçün koordinasiyalı fəaliyyət vacibdir.

"Far.Az" xəbər verir ki, bunu Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Sərdar Çam Bakıda keçirilən "Birinci Türkoloji Qurultayın qurucuları və dərsləri: tarix və müasirlik" mövzusunda beynəlxalq elmi konfrans çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, türk dövlətləri arasında birlik və əməkdaşlıq davam edir:

"Koordinasiyalı fəaliyyət Türk dünyasının gələcək nəsliin nkişafı üçün vacibdir. Biz çalışırıq ki, bütün dünyaya sülh və xoşbəxtlik ehtiva edən mədəniyyət bəxş edək".

S.Çam sonda Azərbaycana yüksək təşkilatçılığa görə təşəkkür edib.

Избранный
37
far.az

1Источники