Ankara, 27 fevral, AZƏRTAC
Türkiyənin onlarla vilayətində qar və güclü külək səbəbindən sarı hava xəbərdarlığı verilib.
AZƏRTAC xəbər verir ki, yüzlərlə şəhər və kəndə gediş-gəliş dayandırılıb. Qara dəniz bölgəsində və Anadolunun mərkəzi hissəsinin bir neçə bölgəsində uçqun ehtimalı var.
Bundan başqa, 23 vilayətdə məktəblər bir günlük bağlanıb. Bəzi ərazilərdə küləyin sürəti saatda 40-70 kilometrə çata bilər.
Türkiyə Meteorologiya Baş İdarəsi yol-nəqliyyat hadisələrinin yüksək riski səbəbindən vətəndaşları mümkün olduqca şəxsi avtomobildən istifadə etməkdən çəkinməyə çağırıb.
Meteoroloqların məlumatına görə, ölkədə əlverişsiz hava şəraiti üç gün davam edəcək.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara