RU

Paşinyanla Annanın ayrılığında sensasion detallar: Bu məqsəd üçün qurulan plan, yoxsa...

Nikol Paşinyanla Anna Akopyanın ayrılması Ermənistanda baş verənlər, xüsusilə seçki mübarizəsinin kəskinləşməsi fonunda diqqət çəkir. Çünki seçkilərə hazırlaşan və siyasi müxalifətlə kilsənin ittifaqı ilə üzləşən Paşinyanın ailədaxili məsələsi həm imic, həm mənəvi baxımdan onun ziyanına görünür. Bu kontekstdə Paşinyanla Akopyanın ayrılmasında şəxsi motivlər önə çıxır və belə görünür ki, cütlük şəxsi problemlərini həll edə bilmədikləri üçün ayrılmaq qərarına gəlib.

Paşinyan-Akopyan cütlüyünün şəxsi problemləri ilə bağlı məlumatlar zaman-zaman mediaya sızıb, hətta Nikol baş nazir olmadığı dövrlərdə belə. Məlumatlara görə, Paşinyan Akopyana hər zaman şübhə ilə yanaşıb, onunla rəsmi nikaha girməməsi də bununla izah edilir. Hətta Nikol həbsxanada olarkən, cütlüyün münasibətləri ayrılmaq həddinə çatıb. Ötən il Akopyanın türkiyəli aktyor Can Yamanla gizli eşq yaşadığı, Avropada bir neçə dəfə görüşdükləri iddiaları da gündəmə gəlib. Heç bir rəsmi reaksiyanın verilmədiyi bu iddialar bir neçə dəfə sosial mediada və müxtəlif informasiya resurslarında tirajlanıb. Belə düşünmək olar ki, Paşinyan-Akopyan ayrılığı şəxsi problemlərdən qaynaqlanıb. Hərçənd, cütlüklə bağlı müəyyən detallar, eləcə də yayılan informasiyalar hər şeyin bu qədər sadə olmadığı, ayrılığın konkret siyasi hədəflərə hesablandığı qənaətini gücləndirir.

Birincisi, cütlük bütün problemlərə rəğmən 30 il ərzində vətəndaş nikahında yaşayıblar, hazırda siyasi hakimiyyətin olimpində olduqları vaxt ayrılmaları məntiqə uyğun deyil;

İkincisi, seçki öncəsi Ermənistanda genişmiqyaslı korrupsiya əməliyyatlarının keçiriləcəyi gözlənilir: məlumatlara görə, əməliyyat ünvanlarından biri Akopyanın rəhbərlik etdiyim “Mənim addımım” fondudur;

İstisna deyil ki, “Mənim addımım” fonunda keçiriləcək mümkün əməliyyat zamanı rəhbər şəxslər həbs olunacaq. Görüntü yaratmaq üçün Akopyan da istintaqa cəlb oluna, daha sonra sərbəst buraxıla bilər.

Избранный
6
2
publika.az

3Источники