RU

Müdafiənin yeni ulduzu Murilyo: “Çelsi” və “Liverpul” yarışır

“Nottingem Forest” futbol klubunun mərkəz müdafiəçisi Murilyo yay transfer pəncərəsinin əsas hədəflərindən birinə çevrilib. 23 yaşlı futbolçu üçün “Çelsi” və “Liverpul” rəsmi müraciət etməyə hazırlaşır.

İdman.Biz xəbər verir ki, londonlular artıq bir ildir braziliyalı oyunçu üçün zəmin hazırlayırlar.

Hazırda “Çelsi” bu yarışda bir addım öndə hesab olunsa da, “Mançester Yunayted”, “Arsenal” və “Tottenhem” də vəziyyəti izləyir. Futbolçunun satış qiymətinin 60 milyon funt sterlinqdən (138 milyon AZN) çox olacağı gözlənilir. Avropadan isə “Bayern” və “Real”ın Murilyo ilə ciddi maraqlandığı bildirilir.

İdman.Biz
Избранный
5
idman.biz

1Источники