Bəs ictimai müzakirəyə səbəb olan bu yuxulamanın arxasında hansı bioloji və tibbi səbəblər dayana bilər?
Globalinfo.az-a danışan tibb üzrə elmlər doktoru Adil Qeybulla bildirib ki, sözügedən şəxslərin vəziyyətini birmənalı şəkildə mənfi qiymətləndirmək düzgün deyil.
Onun sözlərinə görə, həmin alimlər müəyyən yaş həddinə çatmış insanlardır və yorğunluq kimi amillər bu cür hallara səbəb ola bilər:
"İclas zamanı yuxulamanın səbəblərindən biri də müzakirələrin nə dərəcədə maraqlı və dinamik keçirilməsidir. Təəssüf ki, bəzən elə iclaslar olur ki, insanın diqqəti yayınır və onu yuxu tutur. Bununla yanaşı, auditoriyada havalandırma və ventilyasiya sistemi də mühüm rol oynayır".
Həkim bəzi iştirakçılarda yanaşı xəstəliklərin ola biləcəyini də istisna etməyib:
"İştirakçılar arasında şəkərli diabeti və ya arterial təzyiq problemi olan şəxslər var. Bu kimi hallar təbii qarşılanmalıdır və xüsusi sensasiya mövzusuna çevrilməməlidir. Sadəcə, iclaslar elə təşkil olunmalıdır ki, iştirakçılar müzakirələrə fəal qoşula bilsinlər. Əgər müzakirə olunan mövzu dinləyici üçün maraqlı deyilsə, diqqətin yayınması və yuxulama hallarının baş verməsi təbii haldır".