RU

Rusiyada raket təhlükəsi elan olunub

Rusiyanın Sverdlovsk vilayətində raket təhlükəsi elan edilib.

APA-nın Rusiya bürosu xəbər verir ki, təcili yardım xidmətləri yüksək hazırlıq vəziyyətinə gətirilib.

Sakinlərə evdə qalmaları və zərurət yarandıqda möhkəm binalarda və ya yeraltı keçidlərdə sığınacaq axtarmaları tövsiyə olunur.

Təhlükənin aradan qalxdığı barədə rəsmi siqnal verilənə qədər təhlükəsiz yerdə qalmaq tapşırılıb.

Vilayət qubernatoru Denis Pasler bildirib ki, dağıntılara toxunmaq və hava hücumundan müdafiə vasitələri və dronların çəkilişini aparmaq qadağandır.

Избранный
20
5
apa.az

9Источники