RU

Əfqanıstan və Pakistan arasında toqquşmalar tezliklə başa çata bilər - Kreml

Rusiya Əfqanıstan və Pakistan arasında baş verən birbaşa hərbi toqquşmaların tezliklə başa çatacağına ümid edir.

Missiya.Az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, hazırda yekun nəticə çıxarmaq tezdir və baş verən hadisələr müsbət nəticə vəd etmir. Peskov əlavə edib ki, Moskva vəziyyəti diqqətlə izləyir.

Qeyd edək ki, fevralın 26-da Pakistan–Əfqanıstan sərhədində döyüşlər yenidən başlayıb. Əfqanıstan Pakistanın hava hücumlarına cavab olaraq hərbi əməliyyat elan edib. İslamabad isə Taliban hərəkatına qarşı “açıq müharibə” elan etdiyini açıqlayıb.

Seyranə Quliyeva

Missiya,Az

Избранный
11
missiya.az

1Источники