UEFA Avropa Liqasının son turunda keçirilən “Genk” - “Dinamo Zaqreb” (3:3) qarşılaşması rekord sayda skaut axınına səhnə olub. Belçika mətbuatının yaydığı məlumata görə, 23 fərqli klubun nümayəndəsi meydandakı gənc istedadları izləmək üçün tribunada yer alıb.
İdman.Biz xəbər verir ki, skautların xüsusi diqqət yetirdiyi adlar Zakariya El-Uahdi (24 yaş), Yaimar Medina (21 yaş) və Matte Smets (22 yaş) olub. PSJ, “Çelsi”, “Mançester Siti”, “Mançester Yunayted”, “Borussiya Dortmund” və “Napoli” kimi nəhənglər bu üçlünün transfer perspektivlərini dəyərləndirməyə başlayıblar. Komandanın əsas ulduzu, 18 yaşlı Konstantinos Karetsas isə zədə səbəbindən həmin oyunu kənardan izləyib.