RU

Efir qadağası qoyulan müğənnilər görün nələr DANIŞDILAR...

Azərbaycanda televiziya, efir məkanı mədəniyyət və incəsənət xadimləri tərəfindən ciddi şəkildə tənqid olunduqdan sonra müəyyən addımlar atılaraq son günlər bir sıra şou xarakterli verilişlərin yayımı dayandırılıb.

Məlumata görə, ciddi musiqinin təbliğ olunmaması və efir məsuliyyətinə diqqətsiz yanaşma əsas gətirilərək bəzi ifaçıların televiziya kanallarında çıxışına məhdudiyyət tətbiq edilib. 

Siyahıda Kəmalə Günəşli, Canana, Nüşabə Musayeva, Nəfəs, Ofelya Şabanova, Günəş, Qumral, Səbinə Selcan, Ülviyyə Namazova, Afət Fərmanqızı, Aşıq Namiq, Mehriban Qəmbərova, Şəbnəm Qəhrəmanova, Arzu Mirzəyeva, Şəlalə Səsli, Naza Veysəlova, Ziba Osmanlı, Aida Ziyadxanlı, Pünhan Piriyev, Talıb Tale, Müğənni Canan, Balaəli, Aqşin Fateh, İfrat, Dəniz Əsədova, İbrahim Borçalı, Arzu Mələk və Elxan Qaraxanoğlu kimi ifaçıların adları yer alıb.

“Cebheinfo.az” məsələ ilə bağlı adıçəkilən müğənnilərin bəziləri ilə əlaqə saxlayıb. 

Redaksiyamıza açıqlamasında tanınmış aşıq Namiq Fərhadoğlu (Namiq Hüseynov) efir qadağası ilə bağlı iddiaları təkzib edib:

“Bu, yalan sözdür. Mənə hər hansı efir qadağası qoyulmayıb. Hətta bu gün də məni efirə dəvət etmişdilər. Sadəcə, səhhətimlə əlaqədar iştirak edə bilmədim. Aşıq sənəti nə zamandan bayağı olub? Nəyə görə mənə qadağa qoyulsun? Mən ara mahnıları oxuyuram ki, qadağa qoysunlar? Mənim qədər incəsənətə xidmət edən ikinci bir şəxs yoxdur. Bu qədər tələbələr yetişdirirəm”. 

Müğənni Nüşabə Musayeva isə efir qadağası ilə bağlı yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini qeyd edib:

“Mənə efir qadağası qoyulmayıb, verilişlərə dəvət alıram. Yəni belə bir şey yoxdur”.

Musa Musayev və Təranə Qumralın qızı Qumral yayılan xəbərlərdən məlumatı olmadığını deyib: 


“Mən indi oyanmışam, xəbərim yox idi. Məlumatı ilk siz verdiniz. Mənim də adımı yazıblar? Allah canlarını sağ eləsin. Nə deyim? Qanun nədirsə, boynumuz qıldan incədir. Amma belə məsləhət görüblərsə, mən nə deyə bilərəm? Biz kimik ki? İcazə yoxdusa, yoxdu”.

Müğənni Ülviyyə Namazova qeyd edib ki, yalnız onun adı deyil, yeni çıxan tanınmış bütün ifaçıların adları siyahıda yer alıb:

“Tək mən deyiləm siyahıda, hamının adı var. Yəni yeni çıxan, tanınan bütün ifaçıların adı orada var. Efirə ancaq muğam və xalq ifaçıları çıxacaq. Mən nə deyə bilərəm? Çağırsalar da sağ olsunlar, çağırmasalar da”.

Избранный
14
25
cebheinfo.az

10Источники