RU

Şəmkirdə HƏYATİ PROBLEM: Bulaqlar quruyub, su qıtlığı yaranıb

ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Şəmkir rayonun ucqar dağ kəndlərindən olan Hacıalılarda sakinlər su qıtlığından əziyyət çəkirlər.

Oxu.Az xəbər verir ki, kənddəki vəziyyəti əks etdirən fotolar sosial şəbəkələrdə paylaşılıb.

Oxu.Az-ın sorğusuna cavab olaraq Şəmkir Rayon İcra Hakimiyyətindən bildirilib ki, Hacıalılar rayonunun ucqar dağ kəndlərindən biridir.

"Hacıalılar kəndinin su təminatı bulaqlar vasitəsilə təmin olunub. Lakin son illər iqlim dəyişikliyi ilə əlaqədar bulaqların quruması nəticəsində kənddə su çatışmazlığı yaranıb. Hazırda sakinlər kəndin aşağı hissəsində "Dərə" adlanan ərazidə olan bir bulaqdan içməli su kimi və mal-qaranın suvarılmasında istifadə edirlər. Problemin aradan qaldırılması üçün mütəxəssislər tərəfindən araşdırılma aparılmasına baxmayaraq, kənddə başqa su mənbəyi aşkar edilməyib.

Eyni zamanda ucqar dağ kəndinin yaxın ərazilərində də başqa su mənbəyi olmadığından 2015-ci ildə Şəmkir Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən əhalini içməli su ilə təmin etmək məqsədilə suyun toplanması üçün kəndin yuxarı hissəsinə (qəbiristanlıq ərazisinə) hər biri 15 tonluq olan 2 ədəd su çəni qoyulub, kəndə 3 istiqamətdə su xətti çəkilib. Mənbədə su az olduğuna görə suyun toplanması mümkün olmayıb.

Həmçinin bildirmək istəyirik ki, kəndin su təminatının yaxşılaşdırılması məqsədilə Şəmkir Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi mütəxəssisləri tərəfindən Hacıalılar kəndi ərazisinə baxış keçirilib, kəndin yerləşmə relyefi səbəbindən suyun çıxmasının mümkün olmadığı müəyyən edilib", - deyə açıqlamada bildirilib.

Əzizə İsmayılova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
19
oxu.az

1Источники