RU

Liv Bona Dea Hospitalda İlk Sümük İliyi Transplantasiyası Uğurla Həyata Keçirildi - FOTO

Liv Bona Dea Hospitalda sümük iliyi transplantasiyası ilk dəfə uğurla həyata keçirilib. İcbari Tibbi Sığorta çərçivəsində tam ödənişsiz icra olunan bu mürəkkəb tibbi proses bir xəstə üçün yenidən həyata bağlanmaq, ailəsi üçün isə ümid demək olub.

Uzunmüddətli hazırlıq və diqqətli tibbi yanaşma tələb edən hematolog həkimlər, tibb personalı və dəstək komandası arasında qurulan güclü əməkdaşlıq, beynəlxalq standartlara uyğun sertifikasiyaya malik müasir avadanlıq və infrastruktura sayəsində mümkün olub. Prosesin hər mərhələsində qərarlar tibbi protokollara və elmi əsaslara uyğun şəkildə verilib.

Bu uğur özəl tibb müəssisəsində yüksək ixtisaslı transplantasiya xidmətinin mümkünlüyünü göstərir, xəstələr üçün ölkə daxilində əlçatan müalicə imkanlarını genişləndirir və İcbari Tibbi Sığortanın ağır və yüksək maliyyətli prosedurları da əhatə etdiyini bir daha təsdiqləyir.

Избранный
3
2
moderator.az

4Источники