RU

Daha bir avtobus yenilənir: Gediş haqqı...

Masazır kəndini Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə əlaqələndirən 569 nömrəli müntəzəm marşrut üzrə keçirilən müsabiqənin nəticəsinə əsasən, martın 1-dən yeni daşıyıcı xəttin istismarını həyata keçirəcək.
BUTA.TV AYNA-ya istinadən xəbər verir ki, marşrut xəttində nisbətən yeni ortatutumlu “Karsan” markalı avtobuslar fəaliyyət göstərəcək. 13 avtobus 7-8 dəqiqə hərəkət intervalı ilə sərnişinlərin xidmətində olacaq. Avtobuslarda ödəniş nağdsız qaydadadır.

Gediş haqqı 0,50 AZN müəyyən edilib.

Избранный
7
2
buta.tv

10Источники