RU

Ermənistan yenə Konstitusiya oyununu davam etdirir



Ermənistan ədliyyə nazirinin həftələr əvvəl yeni Konstitusiyanın mətninin mart ayına qədər əlçatan olacağında təkid etməsinə baxmayaraq, onun müavini Tiqran Daduntsindi mətnin gələn ay dərc olunması ilə bağlı hələlik yekun qərar vermədiklərini açıqladı: “Mətnin tam olduğundan əmin olmalıyıq, çünki bilirsiniz ki, mətn üzərində işləyərkən bəzi düzəlişlər edirik, boşluqların olmadığından əmin olmalıyıq. Əgər mətnin tam olduğundan əmin olsaq, düşünürəm ki, heç bir problem olmayacaq. Bununla belə, ictimaiyyət təbii olaraq həmin mətn haqqında biləcək, o, müəyyən mərhələdə dərc olunacaq, çünki biz ictimaiyyətlə işləməliyik”.

Belə olan halda, nazir Srbuhi Qalyan fevralın əvvəlində dərc olunacaq mətnin mart ayında hazır olacağını necə iddia edə bilərdi? Nazir müavini buna izahat verməyib. Bunun əvəzinə, o, sənədin böyük hissəsinin hazır olduğunu, həmçinin Konstitusiya Dəyişiklikləri Şurası tərəfindən intensiv şəkildə müzakirə olunduğunu və təsdiqləndiyini vurğuladı: "Ümid edirik ki, ən azı mart ayına qədər şura tərəfindən müzakirə edilmiş və təsdiq edilmiş bir çox mövzu olacaq". Mart ayı çatır, bu o deməkdirmi ki, Ədliyyə Nazirliyi artıq yeni Konstitusiyanın preambulasında Müstəqillik Bəyannaməsinin saxlanılıb-saxlanılmaması məsələsini müzakirə edib? Nazir müavini əvvəlcə bu məsələdə yeni bir şey olmadığını israr etdi, sonra isə Müstəqillik Bəyannaməsinin çıxarılıb-çıxarılmaması məsələsinin bir gündə oturub qərar verə biləcəkləri texniki məsələ olmadığını vurğuladı: "Bu, bir yanaşmadır, yəni həmin təklif və ya ideya baş nazir tərəfindən səsləndirilib və əlbəttə ki, müvafiq formulların hazırlanması üçün bu barədə müzakirələr aparılmalıdır". Bu halda, əgər onların zəmanət verdiyi kimi, işi mart ayında başa çatdıracaqlarsa, bir neçə həftə ərzində preambulanın yeni mətnini necə yazacaqlar? Nazir müavini suala təəccüblənib: "Bunun üzərində düşünmək üçün bir və ya iki həftə vaxt lazım olacağı fikrini haradan əldə etdiniz? Buna görə də uzun bir prosesdən bəhs etdim. Biz çox çalışırıq və heç bir səy və enerjimizi əsirgəmirik".Azərbaycan prezidenti İlham Əliyev bu günlərdəbir daha təsdiqlədi ki, Ermənistan Konstitusiyası dəyişdirilməyincə və ondan Müstəqillik Bəyannaməsinə istinad çıxarılmayınca Ermənistan-Azərbaycan sülh müqaviləsi imzalanmayacaq. Bundan əlavə, İlham Əliyev Bakının İrəvanla bu məsələdə qarşılıqlı anlaşması olduğunu qeyd etmişdi. Yeni Konstitusiyanın qəbul edilməsi üçün referendumun keçirilməsi tarixləri hələlik bəlli deyil; ədliyyə nazirinin müavini yalnız bunun uzun bir proses olduğunu və layihə hazır olduqdan sonra əvvəlcə hökumət tərəfindən təsdiqlənməli, sonra parlamentə göndərilməli olduğunu, son sözü Konstitusiya Məhkəməsinin deyəcəyini, daha sonra isə referenduma çıxarılacağını bildirdi.

Samirə SƏFƏROVA

Избранный
10
baki-xeber.com

1Источники