Bakının Nəsimi rayonunun Xətai prospektində fəaliyyət göstərən “SushiNano” suşi emalı müəssisəsində plandankənar yoxlama keçirilib.
Publika.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, müəssisə fiziki şəxs Əsgərov Fərid Əsgər oğluna məxsus olub.
"Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların və sanitariya norma və qaydalarının bir sıra tələblərinin pozulması halları müəyyən edilib.
Qida obyektinin qida təhlükəsizliyi baxımından dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi aşkarlanıb. Həmçinin texnoloji ardıcıllıq prinsiplərinə riayət edilmir, havalandırma sistemi quraşdırılmayıb.