Bu gün Şamaxıda zəlzələ baş verib.
Xezerxeber.az-ın məlumatına görə, bununla bağlı Respublika Seysmoloji Xidmət Mərkəzi xəbər yayıb.
Bildirilib ki, yerli vaxtla 15:52-də baş verən zəlzələnin maqnitudası 4.7 olub. Yeraltı təkanlar 12 km dərinlikdə qeydə alınıb.
Qeyd olunub ki, zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 3-4 bala yaxın hiss olunub.
Rayon sakininin sözlərinə görə, son bir ildə bir neçə dəfə oxşar hadisə qeydə alınıb, lakin budəfəki zəlzələ daha güclü hiss olunub.
Hadisə zamanı məktəblərdə təhlükəsizlik tədbirləri görülüb, şagirdlər dərhal məktəb binalarından təxliyə olunublar. İlkin məlumatlara görə, xəsarət alan olmayıb.
Hazırda aidiyyəti qurumlar vəziyyəti nəzarətdə saxlayır, əraziyə baxış keçirilir və əlavə məlumatların açıqlanacağı bildirilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.