GlobalInfo saytına istinadən ain.az xəbər verir.
Əfqanıstanın hökumət qüvvələri Pakistanla sərhəd bölgəsində yeni hərbi əməliyyatlara başlayıb.
Globalinfo.az xəbər verir ki, məlumata görə, Əfqanıstan hərbçiləri Pakistan ordusunun sərhəd mövqelərinə qarşı cavab zərbələri endirib.
Bildirilir ki, əməliyyatlar əsasən Xost vilayəti ərazisində həyata keçirilib. Əfqan qüvvələri Zazi-Meydan bölgəsində, həmçinin Əlişer və Trezay rayonu istiqamətlərində Pakistanın sərhəd blokpostlarını hədəfə alıb.
Hazırda mümkün itkilər və ya dağıntılar barədə rəsmi məlumat açıqlanmayıb. Hadisə ilə bağlı tərəflərin rəsmi mövqeyi hələlik məlum deyil.
Əliyar Xəlil
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.