RU

Yemək vərdişində edəcəyiniz dəyişiklik ömrünüzü uzadacaq

Axsham.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Tədqiqatçılar 45 yaşından sonra qidalanma vərdişlərindəki dəyişikliklərin insanın ömrünü təxminən 3 il uzada biləcəyini aşkar ediblər.

Axşam.az xəbər verir ki, İngiltərədə aparılan beynəlxalq bir araşdırmada, beş fərqli qidalanma vərdişi ilə ölüm nisbəti və ömür uzunluğu arasındakı mümkün əlaqə 10 illik müddət ərzində 103.649 insanda araşdırılıb. Tədqiqatda orta hesabla 10,6 illik müşahidə dövründə cəmi 4.314 ölüm hadisəsi qeydə alınıb.

Hipertoniyanın qarşısını almaq üçün qidalanma yanaşmaları və diabet riskini azaltma kimi qidalanma vərdişləri ölüm nisbətlərinin azalması və ömrün uzanması ilə əlaqələndirilib.

Sağlam qidalanmanın ömür uzunluğuna müsbət təsirini vurğulayan bir araşdırma, bu cür qidalanma vərdişləri ilə kişilərin 1,9-3 il, qadınların isə 1,5-2,3 il daha uzun yaşaya biləcəyini ortaya qoyub. 

Tədqiqatın nəticələri sağlam qidalanma vərdişlərinin insanların genetik quruluşundan asılı olmayaraq ömrün uzadılmasında üstünlük təşkil etdiyini ortaya qoyub. 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
14
axsam.az

1Источники