
Rusiya Ukraynanın Sumı vilayətinin Şostka rayonunda yerləşən aqrar müəssisəyə zərbə endirib, nəticədə iki işçi ölüb.
Missiya.Az Report-a istinadən xəbər verir ki, bu barədə Sumı Vilayət Hərbi Administrasiyasının rəisi Oleq Qriqorov teleqram kanalında bildirib.
"Aqrar müəssisənin iki işçisi - 72 və 67 yaşlı qadınlar ölüblər. Onların meyitləri dağıntılar altından çıxarılıb", - Qriqorov yazıb.
Qeyd olunub ki, daha bir işçi - 60 yaşlı qadın ağır xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib, həkimlər zəruri yardımı göstərirlər.