RU

Kreml Əfqanıstan Pakistan arasındakı gərginliyə belə reaksiya verdi

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Rusiya Əfqanıstan–Pakistan sərhədində baş verən silahlı toqquşmaların yaxın vaxtlarda dayanacağına ümid etdiyini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya rəhbərliyinin sərhəddəki vəziyyətin inkişafını diqqətlə izlədiyini açıqlayıb.

Onun sözlərinə görə, Pakistanın baş naziri Şahbaz Şərif ilə təmasların təşkili istiqamətində hazırlıq işləri aparılır və görüşün tarixi barədə sonradan məlumat veriləcək.

Eyni zamanda Pakistan tərəfi baş nazirin Rusiyaya səfərini rəsmən anons edib. Pakistan Senatının Müdafiə Komitəsinin rəhbəri Müşahid Hüseyn Səyyid bildirib ki, Şahbaz Şərifin Rusiyaya səfəri gələn həftə baş tutacaq. O qeyd edib ki, bu səfər iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsi baxımından tarixi əhəmiyyət daşıya bilər.

Qeyd edək ki, son günlər Əfqanıstan–Pakistan sərhədində gərginliyin artması regionda təhlükəsizliklə bağlı narahatlıqları gücləndirib. Moskva isə tərəflər arasında vəziyyətin sabitləşəcəyinə ümid etdiyini vurğulayır.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
29
globalinfo.az

1Источники