Türk dünyasının birliyi və ortaq dəyərlərinin gücləndirilməsi istiqamətində mühüm addımlar davam edir.
AK Parti Sədrinin müavini, Türk Dövlətləri ilə Əlaqələr üzrə rəhbər, prof.dr. Kürşad Zorlu AMEA-da keçirilən Türkoloji Qurultayda iştirak etmək məqsədilə Bakıya səfər edib.
Türk dünyasının ortaq tarixi, dili və mədəni irsinin qorunması və inkişaf etdirilməsi baxımından bu qurultay xüsusi əhəmiyyət daşıyır.
Səfər çərçivəsində Kürşad Zorlu Türk dünyasının ideoloji birliyinə və milli dəyərlərin təbliğinə verdiyi töhfələrə görə yüksək dəyər verdiyi Azərbaycan Respublikası Milli Məclisinin deputatı, ATEV-in rəhbəri Tənzilə Rüstəmxanlını ATEV-də ziyarət edib.
Görüş zamanı Azərbaycan–Türkiyə qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi, Türk dünyasında ortaq humanitar və elmi əməkdaşlıq imkanları, eləcə də gələcək birgə layihələr barədə fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, professor, doktor Kürşad Zorlu Türkiyədə akademik və ictimai-siyasi fəaliyyəti, Türk dünyası üzrə araşdırmaları və Türk dövlətləri arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində təşəbbüsləri ilə tanınır.
Bir millət, iki dövlət – ortaq gələcəyə doğru!
