RU

Əfqanıstan Pakistan münaqişəsi Rusiyadan un ixracını artıracaq

Newscenter.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Əfqanıstan və Pakistan arasında şiddətlənən silahlı münaqişə Rusiya, Qazaxıstan və Özbəkistandan Əfqanıstana un tədarükünün artmasına səbəb olacaq. Newscenter.az xəbər verir ki, bu fikirləri TASS-a Qazaxıstan Taxıl Birliyinin nümayəndəsi Yevgeni Karabanov bildirib."İki ölkə arasında münaqişənin şiddətlənməsi Pakistandan Əfqanıstana taxıl və un tədarükünün tamamilə dayandırılmasına səbəb olacaq. İndi demək olar ki, bütün Əfqanıstan Qazaxıstan, Özbəkistan və Rusiyadan un alacaq", - deyə Karabanov bildirib.O, cənubi Əfqanıstanın ənənəvi olaraq Pakistandan, şimali Əfqanıstanın Qazaxıstandan, qərbi Əfqanıstanın isə Rusiya və İrandan taxıl və un aldığını deyib:"Lakin İranın da hazırda öz problemləri var. Ona görə də əsas ağırlıq Qazaxıstan, Özbəkistan və Rusiyanın üzərinə düşəcək".Anar

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
15
newscenter.az

1Источники