RU

Bill Klinton Epşteynlə əlaqələri barədə danışdı

BAKI, 28 fevral. TELEQRAF

ABŞ-nin sabiq prezidenti Bill Klinton maliyyəçi Ceffri Epşteynlə tanışlığının uzun sürmədiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə Bill Klinton Konqres komitəsinə təqdim etdiyi yazılı ifadəsində qeyd edib və sənədi “X” sosial şəbəkə hesabında yayımlayıb.

Klinton bildirib ki, Epşteynlə qısa tanışlığı onun cinayətlərinin ictimaiyyətə məlum olmasından xeyli əvvəl başa çatıb. Onun sözlərinə görə, məhdud ünsiyyət dövründə baş verən qanunsuz əməllərlə bağlı heç bir əlamət görməyib.

Bundan əvvəl ABŞ-nin sabiq dövlət katibi Hillari Klinton də Epşteynin cinayətləri barədə məlumatlı olmadığını açıqlamışdı.

Избранный
48
teleqraf.com

1Источники