RU

Polşa uşaqların sosial şəbəkələrə girişini məhdudlaşdıra bilər

Polşa hökuməti 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrə çıxışının məhdudlaşdırılmasını nəzərdə tutan qanunvericilik təşəbbüsü üzərində işləyir.

APA xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Layihəyə əsasən, sosial platformalara istifadəçilərin yaşını yoxlamaq üçün effektiv mexanizmlər tətbiq etmək öhdəliyi qoyula bilər.

Tələblərə əməl edilmədiyi halda şirkətlər maliyyə sanksiyaları ilə üzləşə bilərlər.

Cərimələrin dəqiq məbləği isə hələ müzakirə olunur.

Избранный
46
2
apa.az

3Источники