RU

Yaşlanmaqdan və revmatizmdən qorxanların nəzərinə

ain.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Beynəlxalq tədqiqatçıların apardığı genişmiqyaslı araşdırma gündəlik kollagen qəbulunun sağlamlığa təsirlərini ortaya qoyub.

“Qafqazinfo” xəbər verir ki, 113 elmi işi əhatə edən və ümumilikdə 7983 iştirakçının məlumatlarının təhlil edildiyi araşdırmada müntəzəm kollagen əlavələrinin bir sıra müsbət nəticələr verdiyi müəyyən edilib.

Tədqiqatın nəticələrinə görə, kollagen qəbulu dəri elastikliyini artırır, əzələ quruluşunun yaxşılaşmasına töhfə verir və əzələ-skelet sistemi ilə bağlı problemlərdə, o cümlədən, osteoartritlə əlaqəli vəziyyətlərdə müsbət təsir göstərir. Alimlər bu zülalın oynaqlarda revmatizmdən qaynaqlanan ağrı və sərtliyin azalmasına kömək edə biləcəyini bildiriblər.

Bununla yanaşı, kollagen istifadəsinin ağız sağlamlığı və kardiometabolik göstəricilər baxımından təsiri ilə bağlı nəticələrin “qarışıq” olduğu qeyd olunub. Yəni bu sahələrdə vahid və qəti qənaət formalaşmayıb.

Kollagen orqanizmdə təbii şəkildə sintez olunan, lakin yaş artdıqca miqdarı azalan zülaldır. O, dəri, dırnaq, sümüklər, vətərlər və qığırdaq kimi birləşdirici toxumaların möhkəmliyini və elastikliyini təmin edən əsas struktur komponentlərdən biridir.

Araşdırmanın nəticələri “Aesthetic Surgery Journal Open Forum” jurnalında dərc olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
46
qafqazinfo.az

1Источники