RU

Şimal qərb bölgəsinə qar yağıb, bəzi ərazilərdə qalınlıq 15 sm ə çatıb

Apa.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Ölkənin şimal-qərb bölgəsində hava şəraiti kəskin dəyişib və bir sıra rayonlara qar yağıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, ötən gün axşam saatlarından etibarən bölgədə hava temperaturu bəzi ərazilərdə +1 dərəcəyə, bəzi yerlərdə isə -1 və daha aşağı həddə enib. Axşam saatlarında yağan yağış gecə saatlarından qara çevrilib.

Hazırda Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarında qar yağışı davam edir. Düzənlik ərazilərdə qar örtüyünün qalınlığı 3 sm, dağətəyi ərazilərdə isə 15 sm-dən artıqdır.

Rayonlardan daxil olan məlumata əsasən, yağıntı sosial problemlərə səbəb olmayıb. Yaşayış məntəqələrinə elektrik enerjisi və təbii qazın verilməsində fasilə qeydə alınmayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
64
4
apa.az

5Источники