RU

FHN “Fəvvarələr meydanı”nda şərti yanğın təlimi keçirdi

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü və Dövlət Yanğından Mühafizə Xidmətinin iştirakı ilə Bakı şəhəri, Səbail rayonunda yerləşən “Fəvvarələr meydanı”nda və həmin əraziyə bitişik bəzi küçələrdə təlim keçirilib.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, təlim Səbail rayonunun Rəzul Rza, Hacı Zeynalabdin Tağıyev, Tərlan Əliyarbəyov, Əbdülkərim Əlizadə və Yusif Məmmədəliyev küçələrindən keçərək “Fəvvarələr meydanı”na doğru hərəkət edən xüsusi texnikanın “şərti yanğın” həyəcan siqnalı ilə “yanğın yeri”nə yaxınlaşa bilməsi və ümumilikdə ərazidə yanğına qarşı əməliyyat şəraitinin qiymətləndirilməsi məqsədilə keçirilib.

Təlim zamanı şəxsi nəqliyyat vasitələrinin nizamsız şəkildə park edilməsi və digər süni maneələr səbəbindən irihəcmli yanğın avtomobillərinin “yanğın yerinə” sərbəst şəkildə yaxınlaşa bilmədiyi müəyyən olunub.

Qeyd olunan çatışmazlıqların aradan qaldırılması üçün aidiyyəti orqanlara müraciət edilib, avtomobillərin parklanmasına məsul şəxslərlə maarifləndirici söhbətlər aparılıb. Bir daha vurğulanıb ki, yanğın zamanı irihəcmli yanğın avtomobilləri və digər xüsusi təyinatlı texnikaların fəaliyyətinə maneə törətdiyindən dayanacaq üçün təyin olunmamış yerlərdə avtomobillərin park edilməsi, yanğın keçidlərində və yollarda süni maneələrin quraşdırılması yolverilməzdir. Belə hallar yanğınsöndürmə və xilasetmə işlərinin çevik aparılmasını mümkünsüz edir və faciəyə səbəb ola bilər.

Избранный
5
6
publika.az

9Источники