RU

Cəlilabadda körpünü sel suları apardı

Cəlilabad rayonunun Vənlik kəndi ərazisində körpü leysan yağışlarından sonra yenidən qəzalı vəziyyətə düşüb.

"Unikal" xəbər verir ki, ötən il güclü yağışlar nəticəsində körpü ciddi zədələnib, sonradan isə müvəqqəti şəkildə bərpa olunub.

Yanvar ayında da yağan intensiv yağışlar və sel suları körpünü yenidən yararsız vəziyyətə salıb. Daha sonra isə müvəqqəti körpü yenidən bərpa olunub. Leysan yağışları nəticəsində həmin körpünü sel suları yuyub.

Hazırda aidiyyəti qurumlar tərəfindən körpüdə müvəqqəti təmir işlərinə başlanılıb. 

Qeyd edək ki, bu körpü rayonun Vənlik, Oğrubulaq və Fətullaqışlaq kənd sakinlərinin rayon mərkəzinə getmələri üçün istifadə etdikləri yeganə körpüdür.

Xəlil Əliyev

Избранный
34
unikal.az

1Источники