RU

"19 saylı Xüsusi Təyinatlı Yol İstismarı” İdarəsi yolları qar və buzdan təmizləyir » AzadMedia.az


Şamaxıda yollar qar və buzdan təmizlənir

Şamaxı rayonunda müşahidə olunan qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar olaraq avtomobil yollarında buzlaşma qeydə alınıb. Xüsusilə gecə saatlarında Nağaraxana–Məlhəm–Əngəxaran–Çuxuryurd–Dəmirçi yolunun hərəkət hissəsində buzlanma yaranıb.

Məlumatla əlaqədar dərhal əraziyə “19 saylı Xüsusi Təyinatlı Yol İstismarı” İdarəsinin xüsusi təyinatlı texnikası cəlb olunub. Yolun təhlükəsizliyini təmin etmək məqsədilə hərəkət hissəsinə qum və duz qarışığı səpilib.

İdarənin sahə rəisi Şahin Rəcəbovun AzadMedia.az-a verdiyi məlumata görə, Nağaraxana–Pirqulu–Dəmirçi istiqamətində yaranmış problem operativ şəkildə aradan qaldırılıb.

Hazırda Şamaxı rayonunun Qizmeydan–Hacılı–Əhmədli, eləcə də Qaleybugurd, Sis, Qaladərəsi və Keşmədil kənd yollarında da qar təmizləmə işləri davam etdirilir.

Görülən tədbirlər nəticəsində avtomobillərin hərəkəti üçün heç bir maneə yoxdur.
Избранный
4
1
azadmedia.az

2Источники