RU

Husilər İsrailə və Qırmızı dənizdə gəmilərə hücuma başlayır

İranın dəstəklədiyi Yəməndəki husilər İranı dəstəkləmək məqsədilə dəniz nəqliyyatı marşrutlarına və İsrailə qarşı raket və pilotsuz uçuş aparatları ilə hücumları bərpa etmək qərarına gəliblər.

Heftelik.az xəbər verir ki, bu barədə Associated-Press-ə husilərin iki yüksək vəzifəli nümayəndəsi anonimlik şərti ilə məlumat verib, çünki hərəkat rəhbərliyi tərəfindən hələlik rəsmi bəyanat yayılmayıb.

Məmurlardan biri bildirib ki, üsyançıların ilk hücumu artıq “bu axşam” baş tuta bilər.

Üsyançılar əvvəllər Qırmızı dəniz üzərindən keçən gəmiçilik marşrutuna hücumları Donald Tramp administrasiyası ilə əldə olunmuş razılaşma çərçivəsində dayandırmışdılar. Həmin razılaşma ABŞ-ın husilərə qarşı zərbələrinin də müvəqqəti olaraq dayandırılmasını nəzərdə tuturdu.

Onlar, həmçinin, oktyabr ayında Qəzzada əsas döyüş əməliyyatlarını dayandıran atəşkəsdən sonra İsrailə qarşı hücumları da dayandırmışdılar.

Избранный
12
heftelik.az

1Источники