RU

Nizami Əsədov: “112”-yə gündə 6 min müraciət daxil olur, əksəriyyəti əsassızdır

“Yarandığı vaxtdan etibarən “112” qaynar xəttə 30 milyondan artıq zəng daxil olub. “112” qaynar xəttinə gündəlik 6 min müraciət daxil olur. Amma təəssüf ki, daxil olan zənglərin mütləq əksəriyyəti əsassız, yalan xarakterli müraciətlərdir”.

Publika.az xəbər verir ki, bunu Teleqraf-ın sualına cavab olaraq Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin 112 Çevik Reaksiya İdarəsinin rəisi, mayor Nizami Əsədov deyib.

O bildirib ki, bu cür əsassız zənglər operativ müdaxilə tələb olunan, insan həyatının təhlükə ilə üzləşdiyi hallarda operativ qrupların hadisə yerinə gecikməsinə səbəb ola bilər.

Избранный
4
1
publika.az

2Источники