RU

“Neft 100 dollaradək bahalaşa bilər” - PROQNOZ

Xəbər verdiyimiz kimi, Yaxın Şərqdə gərginlik artmaqdadır.

İranın paytaxtı Tehranda səhər saatlarında güclü partlayış baş verib. Hadisə fonunda İsrail rəsmiləri İrana qarşı önləyici hərbi əməliyyata başladıqlarını bəyan ediblər.

Partlayış paytaxtda ciddi səs-küyə səbəb olub. Hadisənin səbəbi və mümkün dağıntılarla bağlı İran rəsmiləri hələlik rəsmi açıqlama verməyiblər.

İsrailin müdafiə naziri bildirib ki, ölkəsi milli təhlükəsizliyə yönəlmiş təhdidləri aradan qaldırmaq məqsədilə İrana qarşı önləyici zərbə endirib.

Onun sözlərinə görə, bu addım potensial təhlükələrin qarşısını almağa hesablanıb.İranın “Təsnim” agentliyi də Tehranda güclü partlayış səslərinin eşidildiyini təsdiqləyib. Məlumata görə, şəhər üzərində səmaya qalxan tüstü müşahidə olunur.

Regionda hərbi eskalasiyanın artması isə qlobal enerji bazarlarına təsir ehtimalını gündəmə gətirir. Mümkün müharibə riski neft qiymətlərinə necə təsir edə bilər? 

Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, proseslər fonunda neft qiymətlərində artım ehtimalı yüksək qiymətləndirilir:

"Neft qiymətləri yüksələ bilər. Yüksəlmə sürəti əməliyyatların dərinliyindən, müddətindən, üstəgəl İranın cavab addımlarından birbaşa asılı olacaq. Xüsusilə, Hörmüz boğazı bağlansa, neftin bir barelinin qiyməti 100 dollara qədər bahalaşa da bilər".

İqtisadçı qeyd edib ki, əməliyyatların şənbə gününə salınması beynəlxalq birjalara ani və kəskin təsirin qarşısını müəyyən qədər almaq məqsədi daşıyır:

"Diqqət çəkən məqamlardan biri də əməliyyatları həftəsonuna, şənbə gününə salıblar. Yəqin ki, bunu birjalara təsiri minimallaşdırmaq üçün ediblər. Lakin proseslər həftəsonu ərzində yekunlaşmazsa və İranın da cavabları sərt olarsa, bazarlarda qiymət artımı sürətlənə bilər".

Избранный
28
45
cebheinfo.az

10Источники