RU

Dubay, Doha, Ciddə və Təl-Əviv istiqamətləri üzrə həyata keçirilən uçuşlar dayandırılıb

Bakı. Trend:

Yaxın Şərqdə baş verən son hadisələr ilə bağlı hava məkanındatətbiq olunan məhdudiyyətlər səbəbindən Azərbaycan Hava Yollarıtərəfindən Dubay, Doha, Ciddə və Təl-Əviv istiqamətləri üzrə həyatakeçirilən uçuşlar dayandırılıb.

Trend xəbər verir ki, bubarədə “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti məlumatyayıb.

Sərnişinlər sözügedən istiqamətlər üzrə əldə etdikləriaviabiletləri heç bir cərimə ödəmədən geri qaytara və ya dəyişdirəbilərlər.

Qeyd edək ki, Naxçıvan istiqaməti üzrə planlaşdırılan reyslərştat rejimində həyata keçirilir.

AZAL mövcud vəziyyəti diqqətlə izləməyə davam edir və uçuşlarıntəhlükəsizliyinin təmin edilməsi üçün bütün lazımi tədbirlərigörür. Sərnişinlər mümkün dəyişikliklər barədə operativ şəkildəməlumatlandırılacaq.

Əlavə məlumat əldə etmək üçün sərnişinlər [email protected]elektron poçt ünvanı vasitəsilə aviaşirkətlə əlaqə saxlayabilərlər.

Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasındakeçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başaçatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraqAvropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarəyerləşdirib.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasındaİranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundukeçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baştutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şanskimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldəolunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvəobyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafınamüddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarınabaşlayıb.

Məqalədə:
Избранный
38
4
az.trend.az

10Источники