RU

İran ABŞ-ni zərbələrə görə əsas məsul tərəf elan etdi

İran Silahlı Qüvvələrinin Baş Qərargahı ölkəyə endirilən zərbələrə görə əsas məsuliyyətin ABŞ-nin üzərinə düşdüyünü bəyan edib.

NOCOMMENT.az xəbər verir ki, rəsmi açıqlamada həyata keçirilən hücumların planlaşdırılması və icrasında Vaşinqtonun həlledici rolu olduğu bildirilib.

Baş Qərargahın bəyanatında İranın təhlükəsizliyinə qarşı atılan addımların cavabsız qalmayacağı vurğulanıb və ABŞ regionda sabitliyin pozulmasına görə ittiham olunub.

Rəsmi Tehran hadisələrin məsuliyyətini birbaşa Vaşinqtonun üzərinə qoyaraq beynəlxalq ictimaiyyəti mövqeyini açıq şəkildə ifadə etməyə çağırıb.

Sara
NOCOMMENT.az

Избранный
16
nocomment.az

1Источники