RU

İranda qızlar məktəbinə hava zərbələri nəticəsində 24 şagird ölüb- YENİLƏNİB

İsrailin hücumları nəticəsində İranın Minab şəhərində (Hörmözqan əyaləti) qızlar üçün ibtidai məktəbdə 24 şagird həlak olub.

AzEdu.az xəbər verir ki, bu barədə "Mehr news" agentliyi əyalət başçısı Məhəmməd Radmehrə istinadən məlumat verib.

Onun sözlərinə görə, bu gün səhər əyalətdə qızlar üçün "Şəcərət Tayibə" ibtidai məktəbi İsrail qüvvələrinin hücumuna məruz qalıb. Nəticədə şagirdlər həlak olub.

 

15:04

İsrailin zərbələri nəticəsində İranda 5 nəfər ölüb. 

AzEdu.az "İRNA"ya istinadən xəbər verir ki, İsrailin İranın cənubuna endirdiyi zərbələr nəticəsində azı beş nəfər həlak olub.

Onların ibtidai sinif şagirdləri olduğu bildirilir.

Избранный
23
4
azedu.az

10Источники