RU

İlk Azərbaycanlı Şagird NYU Shanghai-də: Nilufər Şükürovanın Uğur Hekayəsi 4. Abşeron Təhsilində Qürurverici Uğur – Nilufər Şükürova Dünyanın Nüfuzlu Universitetində » AzadMedia.az

İlk







27.02.2026-cı il tarixində Abşeron RİH inzibati binasında dünyanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan NYU Shanghai universitetinə yüksək təqaüdlə qəbul olan Abşeron rayonu Əfqan Qadaşov adına Pirəkəşkül kənd tam orta ümumtəhsil məktəbinin 11-ci sinif şagirdi Nilufər Şükürova ilə görüş keçirilib.
Görüşdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, başçısının müavini Gülnar Rəhimova, Pirəkəşkül kənd tam orta ümumtəhsil məktəbinin direktoru Elnurə İsgəndərova, Nilufər Şükürovanın valideyni iştirak edirdilər.
Nilufər Şükürova NYU Shanghai universitetinə qəbul zamanı 82 min ABŞ dolları məbləğində dövlət tərəfindən maliyyələşdirilən təqaüd qazanıb və bu universitetə qəbul olan ilk azərbaycanlı şagird kimi də fərqlənir.
Qəbul məktubuna əsasən, Nilufər güclü intellektual bacarıqları və qlobal akademik mühitə töhfə vermək potensialı ilə seçilərək universitetin beynəlxalq tələbə kollektivi sırasına daxil edilib.
Şükürova Nilufər Ramil qızı, xarici universitetlərə qəbul üçün nəzərdə tutulmuş SAT imtahanından Azərbaycan ortalamasına görə 96 faizlik yüksək nəticə (1600 maksimum qiymətdən, 1460 almaqla) göstərdiyinə və Azərbaycan Dövlət İqtisad Universitetinin marketinq üzrə assistent professor fəlsəfə doktoru Maral Camalova ilə birgə yazdıqları “İnfluenser etibarının, dəyərinin və qavranılan təsirin Trendyol istifadəçiləri arasında təkrar alış niyyətinin formalaşmasındakı rolu: Azərbaycan nümunəsi” adlı məqalə ilə mart ayında keçiriləcək 13-cü Nyu York Beynəlxalq Konfransı – Fənlərarası Tədqiqatlar və Təcrübələrdə İnkişaf Tendensiyaları adlı konfransa dəvətnamə aldığına görə təltif edilmişdir.
Nilufəri ürəkdən təbrik edir, gələcək təhsil həyatında ona yeni uğurlar arzulayırıq.

Избранный
15
3
azadmedia.az

4Источники