RU

"Liverpul" "Qalatasaray"la matçdan öncə futbolçusunu göndərdi

style='margin-bottom:10px;'>

Çempionlar Liqasının 1/8 finalında "Qalatasaray"ın rəqibi "Liverpul"un gənc futbolçusu komandadan ayrılıb.

QOL.az xəbər verir ki, İngiltərə klubunun 19 yaşlı cinah oyunçusu Trent Kone-Doherti Norveç təmsilçisi "Molde"yə transfer olunub. Klub gənc futbolçu ilə 2029-cu il dekabrın 31-nə qədər nəzərdə tutulan müqavilə imzalayıb.

"The Times"ın yaydığı məlumata görə, "Molde" bu transfer üçün "Liverpul"a 750 min avro təzminat ödəyəcək. Razılaşmada həmçinin "Liverpul"un xeyrinə geri satınalma və növbəti satışdan pay maddələrinin də yer aldığı bildirilib.

Qeyd edək ki, Trent Kone-Doherti bu mövsüm forma geyindiyi 23 matçda 3 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Избранный
21
3
teleqraf.com

4Источники