RU

Yuri Vernidub: “Bizim irəli getməyimizi istəmirlər” – ARENA.AZ

“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Azərbaycan Premyer Liqasının 22-ci turunda “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Şamaxıda baş tutmuş görüşündə qalib müəyyənləşməyib – 2:2.

Yuri Vernidub matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Oyun haqda danışmaq istəmirəm. Hakimlər Komitəsi şərh bildirsin. Oyunumuzdan razıyam. Bu gün baş verənlər çox məyusedicidir. Bunlar futbola yaraşan şeylər deyil. Belə başa düşdüm ki, VAR qapımıza penalti verilən epizodu görüb. Biz görməsək də, onlar hansısa formada görüblər.

Hakimlik hər yerdə belədir. Azərbaycanda da, Ukraynada da, başqa ölkələrdə. Özümü məyus hiss edirəm. Ciddi irəliləyiş əldə etməyə başlamışdıq. Sanki bizim irəli getməyimizi istəmirlər. Bizi yuxarıdan aşağıya doğru itələyirlər. Amma dayanmayacağıq, davam edəcəyik. Çünki bizdə iradə var. İradəsi olan komanda hər zaman irəli gedəcək.

Vensan Abubakar bu gün start heyətində yer alsaydı, elə bir fərq olmayacaqdı. İkinci hissədə meydana çıxıb 2 qol vurdu. Onu təbrik edirəm. Həm Abubakar, həm də Bassala Sambu yaxşı oyun göstərirlər”.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
6
7
arena.az

10Источники