RU

Şamaxıda və Qəbələdə heç heçə

Qol.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Şamaxıda və Qəbələdə heç-heçə

Misli Premyer Liqasında 22-ci tur davam edir. 

QOL.az xəbər verir ki, ikinci oyun gününə 2 matç nəzərdə tutulub. 

Əvvəlcə “Şamaxı” öz meydanında “Neftçi”ni qəbul edib. Görrüş kifayət qədər dramatik alınıb. Matçda "Neftçi"nin ulduzu Vensan Abubakar dubl edib. Lakin "Şamaxı" son dəqiqələrdə penaltini dəqiq yerinə yetirərək məğlubiyyətdən qurtulub - 2:2. Sözügedən komandalar arasında ilk dövrədə baş tutan qarşılaşmada qalib aşkarlanmayıb - 1:1.

Bugünkü heç-heçə sayəsində “Neftçi” xallarının sayını 31-ə, "Şamaxı" isə 26-ya çatdırıb.

Günün ikinci matçında “Qəbələ” öz meydanında “Karvan-Yevlax”ı sınağa çəkib. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Bu komandalar hazırda turnir cədvəlinin son iki pilləsində yer alıblar. “Qəbələ” 16 xalla 11-ci, Yevlax klubu isə 7 xalla 12-cidir. Bu komandaların ilk dövrədəki matçında bərabərlik qeydə alınıb - 1:1. 

28 fevral (şənbə)

17:00. “Qəbələ” - “Karvan-Yevlax” - 1:1

Qollar: İmani Barker, 26 (0:1), Seydina Keyta, 36 (1:1)

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Mirnihat Seyidov, Rövşən Rəcəbov

VAR: Vüqar Həsənli

AVAR: Kamran Bayramov

Qəbələ şəhər stadionu

14:30. “Şamaxı” - “Neftçi” - 2:2

Qollar:  Vensan Abubakar, 60 (0:1), Sezar Enrike, 74 (1:1), Vensan Abubakar, 90+1 (1:2), Kərim Rossi, 90+8-pen (2:2)

Hakimlər: Kamranbəy Rəhimov, Eyyub İbrahimov, Kərim Zeynalov, İnqilab Məmmədov

VAR: Cavid Cəlilov

AVAR: Pərvin Talıbov

Şamaxı şəhər stadionu

1 mart (bazar)

16:30. “Turan Tovuz” - “İmişli”

19:00. “Qarabağ” - “Sabah” 

27 fevral (cümə)

“Kəpəz” - “Sumqayıt” - 3:0

“Araz-Naxçıvan” - “Zirə” - 0:1

Bombardirlər:

Bassalu Sambu ("Neftçi") - 9 qol

Coy-Lens Mikels (“Sabah”) - 9 qol

Velko Şimiç (“Sabah”) - 9 qol

Emin Mahmudov (“Neftçi”) - 7 qol

Ba-Muaka Simakala (“Araz-Naxçıvan”) - 7 qol

Toral Bayramov (“Qarabağ”) - 7 qol

Karim Rossi ("Şamaxı") - 7 qol

Dioqo Almeyda ("İmişli") - 7 qol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
247
6
qol.az

10Источники