RU

Kaxaber Sxadadze: “Karvan”la matçda 2 xal itirdik” – ARENA.AZ

“Qəbələ”nin baş məşqisi Kaxaber Sxadadze Azərbaycan Premyer Liqasının 22-ci turu çərçivəsində “Karvan”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Qəbələdə baş tutmuş görüşündə qalib müəyyənləşməyib – 1:1.

Kaxaber Sxadadze matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Bu gün 2 xal itirdik. Çoxlu qol vəziyyətlərimiz oldu. Amma bunlardan istifadə edə bilmədik. Lazım olmayan anda sadə qollar buraxırıq. Sonradan oyunu ələ aldıq. Qol epizodlarından istifadə etmək lazımdır. Futbolçularıma bununla bağlı heç nə deyə bilmərəm. Sadəcə, belə bəsit qollar buraxmaq olmaz. Bəxt amilini də vurğulamaq lazımdır. Bu gün bəxt bizdən üz döndərmişdi.

Əvvəlki oyunda da penaltini əslində Seydina Keyta vurmalı idi. Həmin anda Adriel Ba Lua topu götürdü və penaltini vurmaq üçün xahiş etdi. Əsas penalti vuranımız Keytadır, ikinci isə Ba Lua.

Ba Lua demək olar ki, qış təlim-məşq toplanışını bizimlə keçirmədi. Sənəd problemi var idi, pasportunu dəyişməli idi. Ölkəsində proses uzandı. Ona görə də hazırlıq prosesinə gec qoşuldu. O, öz üzərində işləyir. Son ötürmələrdə və zərbələrdə çatışmazlığı var. Özü də bunu görür, başa düşür. Bizim üçün vacib oyunçudur. Ümid edirik ki, yavaş-yavaş əvvəlki formasını bərpa edəcək.

İsmael Akinade son oyunlarda zəif təsir bağışlamışdı. Sanki bir matçda oynayır, sonra onda eniş yaşanır. Həm də oruc tutur. Cüssəli futbolçudur, onun üçün belə anlarda çətin olur”.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
9
6
arena.az

10Источники