RU

Dubayda daha bir raket düşdü: Palm Jumeirah-də yanğın, yaralananlar var – VİDEO

Dubayda daha bir raketin düşdüyü bildirilir. Yerli mülki müdafiə xidməti Palm Jumeirah bölgəsində baş verən yanğın nəticəsində dörd nəfərin xəsarət aldığını açıqlayıb. Hadisə yerində yanğınsöndürmə və təcili tibbi yardım briqadalarının çalışdığı qeyd olunur.

NOCOMMENT.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan kadrlarda kamikadze tipli pilotsuz uçuş aparatlarının Dubayın simvollarından biri olan Burj Khalifa yaxınlığında dövrə vurduğu iddia olunur. Lakin bu görüntülərin rəsmi təsdiqi hələlik verilməyib.

Regionda davam edən hərbi qarşıdurma fonunda Birləşmiş Ərəb Əmirliklərinin ərazisində baş verən insidentlər təhlükəsizliklə bağlı narahatlıqları daha da artırıb. Rəsmi qurumların hadisə ilə bağlı əlavə məlumat yayacağı gözlənilir.

Избранный
21
nocomment.az

1Источники