RU

Azərbaycan vətəndaşlarının İrandan ölkəyə keçidi davam edirYENİLƏNİB

İranda olan Azərbaycan vətəndaşlarının ölkəyə keçidi davam edir.

Xezerxeber.az xəbər verir ki, İranda vəziyyətin gərginləşməsi ilə əlaqədar vətənə qayıdan Azərbaycan vətəndaşlarının Astara sərhəd-keçid məntəqəsindən sərbəst keçidi təmin edilir.

Bunun üçün ərazidə hər cür şərait yaradılıb.

Qeyd edək ki, XİN İran İslam Respublikasında təhlükəsizlik vəziyyətinin gərginləşdiyini nəzərə alaraq, Azərbaycan vətəndaşlarını İrana səfər etməkdən çəkinməyə, hazırda İran ərazisində olan Azərbaycan vətəndaşlarına isə yerləşdikləri bölgədən asılı olaraq İranı Azərbaycan və ya Türkiyə ərazisindən tərk etməyə çağırıb.

22:11

Azərbaycanın yeddi vətəndaşı ABŞ və İsrailin İrana zərbə endirməsi fonunda qonşu ölkədən təxliyə edilib.

Xezerxeber.az xəbər verir ki, təxliyə üçün bütün şərait təmin olunub və proses davam edir.

Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasında keçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başa çatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraq Avropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə yerləşdirib.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın 28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarına başlayıb.

Избранный
6
3
xezerxeber.az

8Источники