İranın ali lideri Əli Xameneinin bu səhər İsrail hücumu nəticəsində həlak olduğu bildirilir.Bunu İsrail rəsmisi “The Times of Israel”ə açıqlamasında deyib.
Hadisənin dəqiq vaxtı və istifadə olunan zərbə vasitələri barədə əlavə məlumat hələ açıqlanmayıb.
***
“Reuters” Xameneinin öldüyünü və nəşinin tapıldığını yazıb.
***
“The Times of Israel” yazır ki, İsrailin Baş naziri Benyamin Netanyahuya Əli Xameneinin Tehrandakı iqamətgahından çıxarılan cəsədinə aid olduğu bildirilən foto təqdim edilib.