RU

FİA Yaxın Şərqdəki vəziyyəti izləyir

Beynəlxalq Avtomobil Federasiyası (FIA) və Formula 1 rəhbərliyi Yaxın Şərqdə gərginliyin artmasını diqqətlə izləyir.

Publika.az xəbər verir ki, bu vəziyyət Bəhreyn və Səudiyyə Ərəbistanı Qran Pri yarışlarının keçirilməsinə təsir göstərə bilər.

Formula 1 rəhbərliyinin “PlanetF1” nəşrinə verdiyi açıqlamada deyilir: “Növbəti üç yarışımız Avstraliya, Çin və Yaponiyadadır və onlar Yaxın Şərqdə keçirilmir. Bu mərhələlərə hələ bir neçə həftə var. Biz həmişə olduğu kimi, belə vəziyyətləri diqqətlə izləyirik və müvafiq qurumlarla sıx əməkdaşlıq edirik”.

“Pirelli” şirkətinin Bəhreyndə keçirməli olduğu iki günlük təkər testləri ləğv edilib. Bu testlərdə “McLaren” və “Mercedes” komandalarının iştirakı planlaşdırılırdı. Artıq bölgədə olan komanda əməkdaşları Böyük Britaniyaya qayıtmaq və ya Avstraliyaya yollanmaq üçün yollar axtarırlar.

Избранный
18
13
publika.az

10Источники