RU

İranda həyatını itirən vəzifəli şəxslərin siyahısı yayıldı

ain.az, Baku.ws saytına istinadən bildirir.

ABŞ və İsrailin həyata keçirdiyi hərbi zərbələr nəticəsində İranda həyatını itirrən yüksək rütbəli şəxslərin adları açıqlanıb.

BAKU.WS xəbər verir ki, bu barədə "Tasnim" agenliyi məlumat yayıb.

Açıqlanan siyahıda İranın Ali rəhbəri Əli Xamenei, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı general-mayor Məhəmməd Pakpur, ali liderin müşaviri Əli Şamxani, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvi və müdafiə naziri Əmir Nəsirzadənin adları yer alıb.

Bildirilib ki, həlak olan digər vəzifəli şəxslərin adları əlavə araşdırmalardan sonra ictimaiyyətə təqdim ediləcək.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail tərəfindən İrana qarşı hərbi əməliyyatlara başlanılıb və bir sıra şəhərlərə hava zərbələri endirilib. İran isə cavab olaraq İsrail ərazisinə raket hücumları həyata keçirib, həmçinin ABŞ-nin Fars körfəzi regionunda yerləşən hərbi obyektlərinə zərbələr endirdiyini bəyan edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
29
1
baku.ws

2Источники